USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident sərəncam imzaladı

30.10.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1264-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər nəzərdə tutulur:

1. 43-cü maddənin birinci və üçüncü hissələrində, 142-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, 166-cı maddənin birinci hissəsində, 261-ci maddənin ikinci hissəsinin səkkizinci abzasında, 297-ci maddənin birinci hissəsinin on dördüncü abzasında, 305-ci maddənin birinci hissəsinin dördüncü abzasında "papiros" sözü "tütün" sözü ilə əvəz edilsin.

2. 156-cı maddənin üçüncü hissəsində "Papiros" sözü "Tütün" sözü ilə əvəz edilsin.

3. 257-ci maddənin birinci hissəsinin altıncı abzasında "papirosu" sözü "tütünü" sözü ilə əvəz edilsin.

4. Həmin nizamnaməyə 5 saylı əlavənin 2-ci maddəsinin birinci hissəsinin ikinci abzasında və 4-cü maddəsində, 8 saylı əlavənin "b" bəndinin səkkizinci abzasında "papiros" sözü "tütün" sözü ilə əvəz edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.