Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,20 dollar və ya 0,30% bahalaşaraq 66,38 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar və ya 0,62% artaraq 76,38 dollar olub.