USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Tesla" rəhbəri kompensasiya alacaq

31.10.2018 İqtisadiyyat
0 0
İlon Mask, "Tesla"nın 10 milyon dollarlıq səhmini alıb.

"Kommersant.az" xəbər verir ki, "CNBC" kanalının məlumatına görə, şirkət rəhbəri növbəti həftə daha 20 milyon dollarlıq qiymətli kağız almaq niyyətindədir. Məlumata əsasən, İlon Mask, "Tesla"nın mövcud olduğu gündən indiyə qədər fond bazarında şirkətin 9,9 milyon dollar dəyərində 29 844 səhmini alıb. Beləliklə, sahibkar şirkətin ümumi səhm kapitalının təqribən 20%-nə nəzarət edir.

Xatırladaq ki, "Tesla"nın səhmdarları bu ilin martında İlon Mask üçün 10 illik kompensasiya paketi qəbul edib. Paketə əsasən, "Tesla" rəhbəri gələcəkdə zəmanətli əmək haqqını itirəcək və kapitallaşma artımına əsasən səhm şəklində kompensasiya alacaq. Bu,12 tranşın həyata keçirilməsi yolu ilə baş verəcək ki, tranşlardan hər biri "Tesla" səhmlərinin hazırkı sayının 1% -nə bərabər olacaq. İlon Mask ilk tranşı, "Tesla"nın kapitallaşmasının 100 milyarda çatacağından sonra alacaq.

Qeyd edək ki, "Tesla", kapitallaşmanı 53 milyard dollardan 650 milyard dollara qədər artırmağı planlaşdırır.

  • Əvvəlki

    Zavod 2500 manat cərimələndi - SƏBƏB

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0