"Kommersant.az" xəbər verir ki, "Thinfilm" şirkəti İsveçin viski istehsalçısı olan "Mackmyra" ilə birlikdə "NFC" çiplə təchiz olunmuş içki seriyası hazırlayacaq. Çip müştərilərin smartfonuna içkilər haqqında faydalı məlumat göndərəcək. Məsələn, içkinin markası, istehsal olunduğu zavod, kokteyl reseptləri və s. Çipin köməkliyi ilə istehsalçı marketinq kampaniyası həyata keçirərək, digər məhsullarının reklamını da apara biləcək.
Qeyd edək ki, mikroçiplər ilk dəfə deyil ki, marketinq məqsədi ilə məhsullara yerləşdirilir. Məsələn, idman ayaqqabıları və futbol toplarına da vaxtilə çip quraşdırılıb. Bu il Rusiyada keçirilən dünya çempionatının rəsmi topuna da xüsusi çip yerləşdirilmişdi. Lakin bu, qərb jurnalistləri tərəfindən o qədər də müsbət qarşılanmamışdı.