ABŞ-ın Milad və Yeni il bayramı üçün yolka ağacı seçilib.
"Kommersant.az" xəbər verir ki, ABŞ-ın əsas yolka ağacı 10 noyabrda Nyu-Yorkda, Rokfeller-plaza meydanında ucaldılacaq. Hündürlüyü 22 metr olan küknar ağacının 75 yaşı var. Onun çəkisi 12 ton, zirvəsinə olan diametri isə 13,7 metrdir.
Küknar, 50 mindən çox rəngbərəng lampalar və "Swarovski" ulduzu ilə bəzədiləcək. Ulduz, memar Daniel Libeskind tərəfindən işlənib. Milad işıqları 28 noyabrda yandırılacaq. Mərasim canlı yayımlanacaq. Küknar ağacı meydanda 7 yanvar 2019-cu ilədək saxlanılacaq. Ondan sonra isə 2007-ci ildən başlayaraq icra olunan ənənəyə uyğun şəkildə "Habitat for Humanity" təşkilatına həvalə ediləcək. Təşkilat yolkadan əldə edilən gəliri evsizlər üçün mənzil tikintisinə sərf edəcək.