"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciət edib.
QSC-dən "Kommersant.az"a verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işlərinin başa çatmaması ilə əlaqədar olaraq, 19.10.2018-ci ildə verilmiş "Texniki fasilə"nin müddəti 02.11.2018-ci il saat 00-00-dək uzadılır.
Bu səbəbdən də Bakı-Sumqayıt-Bakı elektrik qatarları aşağıdakı hərəkət cədvəli üzrə hərəkət edəcəklər.