ABŞ, dezinformasiya ilə mübarizəyə 40 milyon dollar xərcləyəcək.
"Kommersant.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi Robert Palladino bildirib ki, məbləğ İran, Rusiya və Çindən yayılan dezinformasiya və təbliğatla mübarizəyə sərf olunacaq:
"Sentyabrın axırlarında Qlobal Əməkdaşlıq Mərkəzi xarici ölkələrdən yayılan dezinformasiya ilə mübarizəyə 40 milyon dollar ayırıb. Vəsait, xaricdən daxil olan dezinformasiyanın erkən xəbərdarlığı üçün nəzərdə tutulan texnologiyaya, həmin məlumatların təhlilinə, eyni zamanda yerli media orqanları ilə əlaqələrə xərclənəcək", - Palladino qeyd edib.