Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar var.
"Kommersant.az" "Trend"ə istinadən xəbər verir ki, İranın "Royan" Ana Hüceyrələri Texnologiyası Şirkətinin şöbə müdiri Əşkan Mozdgir bu yaxınlarda verdiyi açıqlamasında mərkəzdəki 102 min göbək ciyəsi qanının sahibi arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.
Ə.Mozdgir bildirib ki, mərkəzdə saxlanılan göbək ciyəsi qan ehtiyatının təxminən 1%-ə yaxını xaricdə yaşayan İran vətəndaşları, Kanada, Böyük Britaniya, Türkiyə, İraq, eləcə də Azərbaycan vətəndaşlarına məxsusdur.
Onun sözlərinə görə, göbək ciyəsi qanının saxlanması yerli vətəndaşlar üçün təxminən 761, xaricilər üçün isə 1700 dollara başa gəlir. Göbək ciyəsi qanı 80-ə yaxın xəstəliyin, o cümlədən qan və əsəb xəstəliklərinin müalicəsində istifadə olunur.
Z.Əlimirzəyeva bir çox xəstəliklər zamanı insanın kök hüceyrələrinin özünə köçürüldüyünü söyləyib:
"Körpələrdən göbək ciyəsi qanı da kök hüceyrələrinin əldə edilməsi məqsədi ilə götürülür. İnsanın qanı sağlam olduqda onun kök hüceyrələri götürülərək xüsusi şəraitdə saxlanılır və dondurulur. Bir orqanı başqa ölkəyə aparmaq olmaz, amma bu, toxuma sayılır, toxumanın aparılması ilə bağlı isə məhdudiyyət yoxdur. Digər tərəfdən, Azərbaycanda bunu dəstəkləyən normalar da yoxdur".
Dünyada kök hüceyrələri ilə bağlı aparılan işlərin müəyyən tədqiqat mərhələsində olduğunu nəzərə çatdıran M.Quliyev kök hüceyrələrinin gələcək tibbin böyük uğurlarından biri olacağını vurğulayıb.