USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəlir vergisi üzrə güzəştlər kimə tətbiq olunacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

01.11.2018 İqtisadiyyat
0 0
Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100%, 8 min manatdan yüksək olanlar üçün isə 44% güzəşt tətbiq ediləcək.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov gəlir vergisi ilə bağlı təklif olunan yeni dəyişikliklərə aydınlıq gətirərkən deyib. O bildirib ki, güzəştlər 7 il müddətində qüvvədə olacaq:

"Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək."