USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ov etdiklərinə görə cərimələndilər - 2015 MANAT

01.11.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb.

"Kommersant.az" Nazirliyə istinadla məlumat verir ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.