USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xidməti müqavilə ilə bağlı yeni qaydada əslində nə deyilir? - İZAH

01.11.2018 İqtisadiyyat
0 0
"Xidməti müqavilələr də elektronlaşacaq."

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov xidməti müqavilə ilə bağlı tətbiq olunan yeni qaydalara izah verərkən deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq:

"Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir."