USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiymətindəki azalma davam edəcəkmi? - EKSPERT ŞƏRHİ

01.11.2018 İqtisadiyyat
0 0
"Neftin qiymətinin orta müddətli dövrdə artması deyil, azalması daha çox inandırıcıdır."

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov son günlər neftin qiymətində müşahidə olunan azalmalara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, neft şirkətləri yüksək neft qiymətlərinə ehtiyatla yanaşırlar:

"Proqnozlaşdırdığımız kimi neft dəyər itirməkdə davam edir. Son aylar ilk dəfə olaraq Brent markalı neftin 1 barelinin qiyməti 75 dollardan aşağı düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarına psixoloji hazır olan bazar Səudiyyə Ərəbistanı daxil olmaqla, bir sıra neft ölkələrindən əlavə təklif alır. Digər tərəfdən, BP Global daxil olmaqla, digər neft şirkətləri də yüksək neft qiymətlərinə ehtiyatla yanaşırlar. Bu o deməkdir ki, neftin qiymətinin orta müddətli dövrdə artması deyil, azalması daha çox inandırıcıdır."