Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır ki, investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxarıb.
Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını "Baltech Investment LLC"-yə satıb. Hətta, oktyabrın 30-da nüfuzlu haberler.com portalı "Turkcell" şirkətinə istinadən "Azerinteltek"dəki paylarının satışı haqqında açıqlama da verib.
""Turkcell" İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub.
"Azerinteltek"də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek"də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC"-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək", – deyə, şirkətdən bildirilib.
Hurriyyet.org-un əldə etdiyi məlumata görə, məlum alqı-satqı anlaşmasınadək "TOPAZ"ın səhmlərinin 51 faizi "Turkcell" şirkətinə, 24,5 "Baltech Investment LLC"-yə, qalan 24,5 faizi isə "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.