USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılması ilə bağlı tədbir keçirilib

01.11.2018 İqtisadiyyat
0 1
Bu gün “Beynəlxalq Maliyyə Mərkəzlərinin yaradılmasının ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib.

"Kommersant.az" xəbər verir ki, təbdirdə iqtisadçı-ekspertlər, ictimai fəallar, iş adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, Azərbaycan 2025-ci ildə Bakıda “Expo-2025 ” beynəlxalq sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə həm ölkə daxilində, eləcə də xarici ölkələrdə və müxtəlif beynəlxalq təşkilatlarda aktiv təbliğat kampaniyası aparmaqdadır. Mətbuatdan da bəllidir ki, 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı ilə yanaşı,Rusiyanın Yekaterinburq və Yaponiyanın Osaka şəhərləri də öz namizədliyini irəli sürüblər. Artıq seçim mərhələsi yekunlaşmaq üzrədir və yaxın günlərdə “Expo 2025”ə ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. Azərbaycan “Expo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Qeyd edilib ki, ötən il qardaş ölkə və tərəfdaş dövlət olan Qazaxıstanın paytaxtı Astana şəhəri bu tədbirə ev sahibliyi edib. Azərbaycan sərgidə böyük pavliyonla təmsil olunub. Sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

Sərgi bitdikdən sonra , sərgi pavliyonlarının yerləşdiyi ərazidə cari ilin iyulundan Astana Beynəlxalq Maliyyə Mərkəzinin(ABMM) fəaliyyətə başlayıb. İyulun 7-də ABMM-in rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, hökumət nümayəndələri, xarici dövlətlərin başçıları, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər. Yaranmasından az müddət keçməsinə baxmayaraq artıq 100-dək şirkət ABMM-də qeydiyyatdan keçib. Dünyanın bir sıra iri maliyyə institutları burada öz nümayəndəliklərini açıblar. Belə güman edilir ki, ABMM xarici şirkətlərin qiymətli kağızlarını öz birjalarında yerləşdirməklə yanaşı, İslam bankçılığının regionda güclənməsinə gətirib çıxaracaq, kapital bazarının genişlənməsinə, ölkəyə güclü investisiya axınına səbəb olacaq,eləcə də ölkənin iqtisadi inkişafına güclü təkan vermiş olacaq.

Tədbirdə çıxış edən iqtisadçı ekspert Vüqar Bayramov Astanada yaradılan beynəlxalq maliyyə mərkəzi region üçün çox mühüm əhəmiyyətə malik olduğunu deyib: “ Bildiyimiz kimi bu mərkəz nəqliyyat xidmətləri də daxil olmaqla bir sıra logistik xidmətlər təklif edir. Bundan əlavə, Astana Beynəlxalq Maliyyə Mərkəzi həm də iş adamları üçün böyük güzəştlər paketini təqdim edən bir modeldir. Belə ki, bu mərkəz çərçivəsində sahibkarlara 50 il müddətinə vergilərdən azad olmaq təklif olunur ki, bu da sahibkarlar üçün kifayət qədər böyük güzəşt və dəstək deməkdir. Hesab edirəm ki, bu amil ölkəyə xarici sahibkarların cəlb edilməsi,eləcə də maliyyə bazarlarının inkişafı üçün həm regional, həm də qlobal mənada çox əhəmiyyətlidir. Bundan əlavə ABMM həm də xarici vətəndaşlara 5 il müddətinə viza güzəştləri təqdim edir ki, bu da sahibkarların vizasız rejimdə Qazaxıstana gəlməsinə şərait yaradır ”. Onun sözlərinə görə Astana Beynəlxalq Maliyyə Mərkəzini fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, burada gələcəkdə yarana biləcək hər hansı bir məhkəmə çəkişmələrinin Böyük Britaniya hüquq sisteminə uyğun şəkildə aparılacaq ki, bu da iş adamlarında, eləcə də xarici investorlarlarda böyük inam yaradır.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mərkəzin açılışındakı çıxışında qeyd etdi ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasında əsas məqsəd Mərkəzin regionda bir haba çevrilməsinə nail olmaqdır. Hesab edirəm ki, sahibkarlara təklif edilən güzəştlər, xüsusən də ölkə qanunvericiliyinə dəyişiklik edilməsi, beynəlxalq məhkəmə hüququnun ölkə qanunlarından üstün tutulması Qazaxıstan rəhbərliyinin bu niyyətlərinin gerçəkləşməsinə şərait yaradacaq. Bu baxımdan belə hesab edirəm ki, ABMM-də istifadə edilən oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğundur və mümkündür ”,-deyə Vüqar Bayramov vurğulayıb.
UNEC-in Tədqiqatlar Fondunun prezidenti Fərhad Əmirbəyov isə məsələyə fərqli yanaşıb : “ Belə hesab edirəm ki, Qazaxıstan Astana Beynəlxalq Maliyyə Mərkəzinin yaradılmasına hələ bir model kimi baxır. Belə ki, Astanada beynəlxalq maliyyə bazarının yaradılması üçün hələ bir qədər tezdir. Çünki, ölkədə mal və xidmətlərin ixracından sonra kapitalın ixracı baş verdikdə belə mərkəzlərin yadarılmasına tələbat yaranır. Ölkədə sənayeləşmə hələ də tam həyata keçirilməyib. Amma buna baxmayaraq, ölkəyə xarici investorların cəlb edilməsi baxımından belə maliyyə mərkəzlərinin yaradılması çox faydalı ola bilər”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli çıxışında ötən il Qazaxıstanda keçirilən “Expo2017” sərgisi çox böyük uğur qazandöğnı bildirib: ”Onlarla ölkənin dövlət başçılarının, nüfuzlu beynəlxalq maliyyə təşkilatların rəhbərlərinin sərgidə iştirakı ölkənin təbliğı baxımından çox mühüm bir addım idi. Bunun ardından Astanada Beynəlxalq Maliyyə Mərkəzini yaratma

  • Əvvəlki

    Cavid Qurbanov “TOPAZ”ın səhmlərinin 75 faizindən çox hissəsini aldı - Türkiyə mediasından ŞOK ARAŞDIRMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0