USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 127 nəfərə iş verildi - RƏSMİ

02.11.2018 İqtisadiyyat
0 0
Son bir ayda paxtaxtın 9 rayonunda səyyar əmək birjası təşkil olunub.

"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ayda Bakının Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarında səyyar əmək birjaları keçirilib.

Həmin rayonların ayrı-ayrı məntəqələrində müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumatlar verilib. Müraciət edən işsiz və işaxtaran vətəndaşlara 305 müəssisə üzrə 1320 vakansiya təklif olunub.

Birjalara müraciət edənlərdən 127 nəfərə vakansiyalar üzrə müvafiq müəssisələrə göndəriş verilib. 43 nəfər peşə hazırlığı və ya əlavə təhsil kurslarına, 71 nəfər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

  • Əvvəlki

    Metropolitendən 750 manatlıq - TENDER

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0