USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Sərəncam dəyişdirildi

02.11.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

"Kommersant.az" müvafiq Sərəncamın tam mətnini Azərtaca istinadən təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1226; 2018, № 4, maddə 720) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissədə "rayon və şəhər idarələrinin" sözləri "dövlət aqrar inkişaf mərkəzlərinin" sözləri ilə əvəz edilsin.

2. Həmin Sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu"nun 7-ci hissəsində "rayon və şəhər idarələri" sözləri "dövlət aqrar inkişaf mərkəzləri" sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

  • Əvvəlki

    Dollar ucuzlaşdı, avro bahalaşdı - RUSİYADA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0