USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni hakimlər təyin olundu - QƏRAR, SİYAHI

02.11.2018 İqtisadiyyat
0 0
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Bakı, Şirvan, Sumqayıt, Gəncə, Şəki və Naxçıvan Muxtar Respublikasının Apellyasiya Məhkəmələrinə yeni hakimlərin təyin olunması ilə bağlı Qərar qəbul edib.

"Kommersant.az" müvafiq Qərarların tam mətnini ümumi siyahı şəklində Azərtaca istinadən təqdim edir:

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Hüseyn oğlu Əkbərov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Vahid Nəriman oğlu Sadıqov - Qəbələ Rayon Məhkəməsinin sədri

İlham Bayram oğlu Əhmədov - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi

Şərafət Asif qızı Məmmədova - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi

Şeyda Ədalət qızı Məhərrəmova - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

Habil Çingiz oğlu Məmmədov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi

Elmar Eldar oğlu Rəhimov -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi

İlham Əziz oğlu Kərimli - Abşeron Rayon Məhkəməsinin hakimi

3. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Rəşad Məhərrəm oğlu Abdulov,

Fuad Fikrət oğlu Babayev,

Zaur Əli oğlu Əliyev,

Aida Əli qızı Hüseyn.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

* * *

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər.

Elşad İbiş oğlu Əliyev - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi

Fuad Kamil oğlu Soltanov - Lənkəran Rayon Məhkəməsinin hakimi

2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Fehruz Novruz oğlu Abbasov,

Müşfiq Kamil oğlu Həsənov,

Tale Suliddin oğlu Kərimov.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

* * *

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Hökümə Çingiz qızı Babayeva,

Ruhiyyə Orucəli qızı Əsgərova,

Fuad Əli oğlu Məmmədov,

Məhəmmədəli Əsəd oğlu Rzayev.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

* * *

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Gəncə Hərbi Məhkəməsinin hakimi Salman Bilal oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Afiq Hüseyn oğlu Hüseynzadə,

Rəşad Ziyaviddin oğlu Mamedov.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

* * *

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mübariz Rahil oğlu Hüseynov - Ağstafa Rayon Məhkəməsinin hakimi

Vəzirxan İsgəndər oğlu Məlikov - Yevlax Rayon Məhkəməsinin hakimi

2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Akif Məhərləm oğlu Eyvazov,

Ayaz Akif oğlu Mahmudov.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."

* * *

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əsgər Novruz oğlu Novruzov - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi

Mehman Dünyamalı oğlu Allahverdiyev - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi

Əhliman Mehman oğlu Xıdırov - Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Məhkəməsinin sədri

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 2 noyabr 2018-ci il."