Daha hansı ölkələrin ABŞ-ın icazəsini ala biləcəyi sual altındadır.
"Kommersant.az" xəbər verir ki, ABŞ tərkibində Yaponiya, Hindistan, Cənubi Koreyanın da olduğu 8 ölkəyə İran neftini almağa icazə verib. İranın ən böyük neft ixrcatçısı olan Çin isə ABŞ-dan icazə ala bilmək üçün danışıqları davam etdirir.
Adı verilməyən mənbənin məlumatına görə, artıq danışıqların müsbət nəticəsi əldə olunub. Başqa hansı ölkələrin danışıqları müsbət nəticə ilə sonlandıra biləcəyi sual altındadır.
Qeyd edək ki, İran OPEK-in üçüncü ən çox neft istehsal edən üzvüdür.