"Kommersant.az" xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, Vatikanın muzeylər administrasiyasının rəhbəri Barbara Cati bildirib ki, artıq satışı yaxşılaşdıracaq və təhlükəsizliyi təmin edəcək kampaniyaya başlanılıb. Məlumata əsasən, qalereyaya daha bir giriş açmaq və turistlərin sıx olduğu günlərdə iş saatını uzatmaq planlaşdırılır.
Qeyd olunur ki, hər il Vatikan muzeylərini təqribən 6 milyon insan ziyarət edir. Yayda isə bu göstərici gün ərzində 30 minədək çata bilir. Məhz yüksək sıxlığa görə gündə təxminən 10 turist huşunu itirir.