"Kommersant.az" xəbər verir ki, ABŞ dolların xarici bazardakı gücündən istifadə edərək İrana qarşı bir neçə aydır ki, sanksiyalara başlayıb. Noyabr ayının 4-də isə rəsmi Vaşinqtonun İrana qarşı növbəti sanksiyası tətbiq olunacaq. Bu dəfə məqsəd İranı nüvə sazişindən çıxarmağa məcbur etməkdir.
Lakin amerikalı mütəxəssislər hesab edir ki, ABŞ-ın bu addımı ölkənin özü üçün mənfi nəticələr verəcək. Belə ki, mütəxəssislərin sözlərinə görə, bütün dünya ölkələri ilə onsuz da birmənalı olmayan münasibətlər yeni sanksiya dalğasından sonra daha da şiddətlənə bilər. Bu isə ABŞ üçün mənfi nəticələr verər və böyük səhv olar.