Böyük evlər lazımsız məsrəfdən başqa bir şey deyil.
"Kommersant.az" xəbər verir ki, Türkiyədə mövcud mənzil təchizatının tələbata olan uyğunsuzluğu 2024-cü ilə qədər 20 milyon mənzilə ehtiyac olduğunu göstərib.
Dövlət rəsmisi Sefer Altıoğluğunun açıqlamasına görə, əgər mənzillərin ölçüsü doğru müəyyənləşdirilərsə, yəni kiçildilərsə, 400 milyard dollar, kiçik mənzilin kommunal ehtiyacının kiçik olacağını da nəzərə alsaq, 550 milyard dollar qənaət olunar.
Altıoğlu sonda onu da əlavə edib ki, son 3 ildə xalqın marağına uyğun olaraq tikilən böyük mənzillərə görə büdcəyə 50 milyard dollar zərər gəlib.