Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11°, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.