USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hesablama Palatası haqqında" yeni qanun II oxunuşda müzakirə edilib

11.05.2018 İqtisadiyyat
1 0
Milli Məclisin (MM) İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Hesablama Palatası haqqında" yeni qanun dəyişikliklər layihəsi II oxunuşda müzakirəyə çıxarılıb

"Kommersant.Az" xəbər verir ki, Palatanın sədri Vüqar Gülməmmədovun sözlərinə görə, sənədin I oxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib.

"Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizəsi ilə bağlıdır", - deyə o, qeyd edib.

Parlament komitəsinin sədri Ziyad Səmədzadə isə bidlriib ki, Palatanın maliyyələşdirilməsi ilə bağlı maddədə "dövlət büdcəsindən əlavə qanunla nəzərdə tutulmayan digər mənbələr hesabına" yazılması mübahisəli məsələdir. "Maliyyələşdirmədə dövlət büdcəsindən başqa mənbə olmamalıdır. Bu məsələyə təkrar baxmaq lazımdır. MM-in digər mənbəyi yoxdur. Bu qurumun da digər mənbəyi ola olmaz".

O, həmçinin qeyd edib ki, əsas məsələ HP ilə digər qurumlar arasında əlaqənin qurulmasıdır.

Qanun layihəsi II oxunuşda plenar iclasa tövsiyyə olunub.