USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sakinlər azərbaycanlı milyarderə qarşı: "Bizi soyur, üstəlik…"

05.11.2018 İqtisadiyyat
0 0
Rusiyanın Volqoqrad şəhərinin sakinləri azərbaycanlı neft maqnatı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova "Volqoqrad vilayətinin fəxri vətəndaşı” adının verilməsinə qarşıdır.

Saytlardan biri tərəfindən şəhər sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən rəyi soruşulanların 93 faizi Ələkbərova bu adın verilməsini dəstəkləməyib.

Sakinlərin arqumentləri arasında bu cür fikirlər yer alır:

"O, elə edib ki, "Lukoyl" torpaq vergisindən başqa bütün vergiləri başqa regionda ödəyir. Bizdə ödədiyi torpaq vergisi isə cüzidir", "Neftçilər bizi soyur, üstəlik mükafat da alır?"

Vahid Ələkbərova "Volqoqrad vilayətinin fəxri vətəndaşı" adını vermək təşəbbüsü qubernator Andrey Boçarova məxsusdur. Bu fəxri adla yanaşı "Lukoyl" prezidenti regionun büdcəsindən ayda 2 min rubl da almalıdır. Vilayət Duması azərbaycanlı maqnata bu fəxri adın verilməsinə az qala yekdilliklə səs verib. Təkcə bir deputat bunun əleyhinə çıxıb.

virtual