USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran neftdaşıyan gəmilərinin naviqasiya sistemini söndürdü - İSVEÇDƏN İFŞA

05.11.2018 İqtisadiyyat
0 0
İsveçin "TankerTrackers" şirkəti İranın neftdaşıyan gəmilərinin naviqasiya cihazlarını söndürdüyünü açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, şirkətin yaradıcılarından olan Samir Mədəni gəmilərin beynəlxaq izləmə sistemləri tərəfindən görünməmək üçün belə addım atdığını bildirib. Həmin gəmiləri sadəcə peyk vasitəsilə müəyyənləşdirmək mümkündür.

Körfəz bölgəsində 11 milyon barel neft daşıma potensialına sahib 30 İran gəmisi var. İrana qarşı sanksiyalara görə 2,5 milyon barel neft ixracatı oktyabrda 1,6 milyon barelə enib. Şirkət bildirir ki, İran gəmilərinin gizlənməyə çalışması onların neft satışı ilə məşğul ola bildiklərini göstərmir. "TankerTrackers" satış prosesi barədə yox, nəqliyyat məlumatlarını əldə edir.

Qeyd edək ki, rəsmi Vaşinqton 7 avqustda İranın neft, qiymətli daşlar, polad, kömür, alüminium, avtomobil ticarətinə qarşı ciddi sanksiyalar barədə qərar qəbul edib. Məhdudiyyətlərin 2-ci mərhələsi 5 noyabrda qüvvəyə minəcək.