"Tesla" rəhbəri Ər-Riyada investisiya yatırmaqdan imtina edə bilər.
"Kommersant.az" xəbər verir ki, İlon Mask Camal Qaşıqçının qətli ilə əlaqədar, Səudiyyə Ərəbistanının müstəqil rifah fondu ilə əməkdaşlıqdan imtina edə bilər. O bildirib ki, fondla məsləhətləşmələr 2 ildir ki, davam edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının müstəqil rifah fondu bir neçə dəfə Maska onun şirkətinin bir hissəsinin alınması ilə bağlı müraciət edib.
Xatırladaq ki, Ər-Riyad siyasəti haqqında tənqidi məqalələri ilə məşhurlaşan Camal Qaşıqçı, bu ilin 2 oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda itkin düşmüşdü. 20 oktyabrda isə Səudiyyə hakimiyyəti jurnalistin öldürüldüyü barəsində məlumat yaymışdı.