USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Eşşək südündə bakteriya tapıldı

05.11.2018 İqtisadiyyat
0 0
Laborator müayinələr nəticəsində ulaq təsərrüfatının sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığı aşkar olunub.

"Kommersant.az"ın Agentliyə istinadla xəbərinə görə,məlumat verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilib və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.

Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilib.

  • Əvvəlki

    ARDNF valyuta satışını artırıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0