İran hökuməti bütün çətinliklərin öhtəsindən gələcək.
"Kommersant.az" xəbər verir ki, İran hökuməti ABŞ-ın yeni sanksiyalarına cavab verdi. Belə ki, İran prezidenti Hasan Ruhani açıqlama verərək İranın sanksiyalara baxmayaraq neft satışını dayandırmayacağını bildirib.
O əlavə edib ki, İran bütün bu sanksiyaların öhtəsindən layiqincə gələcək. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu kimi addımları beynəlxalq hüquq normalarına zidd olduğundan nəticəsiz qalacaq.