"Kommersant.az" xəbər verir ki, "Counterpoint"in apardığı araşdırmaya görə, 2018-ci ilin üçüncü rübü üzrə telefon satışı 3%-ə düşüb. Bazarın lideri isə 72,3 milyon smartfon satışı ilə "Samsung" olub. Bu isə ötən illə müqayisədə 13% azdır. İkinci və üçüncü yerləri 52 milyon və 46,9 milyon qurğu satışı ilə "Huawei" və "Apple" bölüşüb. "Apple" smartfonlarının satışı demək olar ki, ötən illə müqayisədə sabit qalıb.
"Nokia" smartfonlarının satışı lisenziyasını əlində cəmləşdirən "HMD" şirkəti isə 4,8 milyon cihaz satışı həyata keçirib. Bu isə 2017-ci illə müqayisədə 77% çoxdur.
"Counterpoint"in direktoru Tom Kanqın fikrincə, satışın azalması istifadəçilərin 2-3 il ərzində öz smartfonlarını dəyişməsi ilə bağlıdır.