ABŞ-da 16 yaşlı yeniyetmələrə səsvermə hüququ verilə bilər.
"Kommersant.az" xəbər verir ki, "ABC" telekanalının məlumatına görə, rəsmi Vaşiqton federal və yerli seçkilərdə səsvermə yaşını azaltmaq niyyətindədir. Vaşinqton hüquq komitəsinin qərarı alqışladığı bildirilir. Səsvermə yaşının azaldılması 13 noyabrda Kolumbiya Şurasında səsverməyə çıxarılacaq. Şura üzvlərinin əksəriyyəti qanuna dəyişikliyə səs versə, düzəliş baxış və təsdiq üçün şəhər merinə göndəriləcək. Dəyişikliklər qəbul olunacağı vaxtdan 30 gün sonra qüvvəyə minəcək. Məlumata əsasən, artıq Şuranın 13 üzvündən 8-i yeniyetmə amerikalılara dəstəyini nümayiş etdirib.
Dəyişiklik qəbul olunacağı təqdirdə Vaşinqton, 16 yaşlı yeniyetmələrin (10,4 min nəfər) səsvermə hüququ qazanacağı ilk ölkə olacaq.