Noyabrın 5-i axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.
"Kommersant.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 5-i bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 12-15, dağlarda 3-5 dərəcə isti təşkil edəcək.