"Kommersant.az" xəbər verir ki, şirkət 2018-ci ilin yanvar-oktyabr aylarında Yaponiyada istehsal olunmuş 9 modeli ("Impreza" da daxil olmaqla) geri çağıracaq. Buna səbəb isə əyləcin yoxlanılmasıdır. Yoxlamaya 57 milyon dollar sərf ediləcək.
Beləliklə bu il "Subaru"nun geri çağırılmış avtomobillərinin sayı 500 minə çatacaq. Əvvəlki nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb isə mühərriklərdə yaranmış problem olub.
Qeyd edək ki, konsernin modellərinin satışı da aşağı düşüb.