USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Komissiyası şərh vermədi

05.11.2018 İqtisadiyyat
0 0
Avropa Komissiyası İrana tətbiq edilən sanksiyaya şərh verməyib.

"Kommersant.az" xəbər verir ki, qurum rəsmisi Marqaritis Sxinas bu gün keçirilən brifinq zamanı sanksiyalarla bağlı sualları cavablandırmaqdan yayınıb:

"Sizi bu sualla bağlı Federika Moqerininin ötən cümə yayılan bəyanatı ilə tanış olmağa çağırıram. Detallar barədə danışmayacam. Əgər vəziyyət dəyişsə, biz bu söhbətə qayıdarıq", - Sxinas qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqı, Almaniya və Böyük Britaniya ötən cümə birgə bəyanat yayaraq bildirmişdilər ki, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalara baxmayaraq, İranla maliyyə münasibətləri saxlanılacaq.