"Google Chrome", saytları reklama görə bloklayacaq.
"Kommersant.az" xəbər verir ki, "The Verge"in məlumatına görə, "Google Chrome" brauzerinin yeni versiyası olacaq "Chrome 71" banerləri, yeni pəncərədə açılan açıq reklamları, şübhə doğuran marketinq məlumatları bloklayacaq. Yeni funksiya sayt rəhbərinə xəbərdarlıq göndərərək, onu 30 gün müddətində resursu normal hala gətirməyə məcbur edəcək. Tələblər yerinə yetirilməyəcəyi təqdirdə brauzer, mövcud saytın reklamlarını öz istifadəçiləri üçün bağlayacaq.