Nadir limuzin növlərindən olan "Mercedes-Benz 600 Pullman", "Sotheby's"da satışa çıxarılıb.
"Kommersant.az" xəbər verir ki, 1969-cu ilin buraxılışı olan tünd göy rəngli avtomobili, sahibi 2005-ci ildə alıb. Limuzinin bərpasına isə 40 min dollar xərcləyib. Avtomobilin bir neçə min dollara satılacağı gözlənilir.
Sözügedən modeldən yalnız 304 avtomobil istehsal olunub. Onlar 4 və 6 qapılı versiyalarda təqdim olunub.