Xarici dilləri öyrənmək üçün yaş həddi müəyyənləşdirilib.
"Kommersant.az" xəbər verir ki, ABŞ alimləri yaxşı nəticə əldə etmək məqsədilə dil öyrənməyin yaşını təyin etmək üçün müxtəlif cins, yaş və milliyyətli 670 min insan arasında sorğu keçirib. Eksperimentin ən gənc iştirakçısının 10, ən yaşlısının isə 70 yaşı olub. Nəticələrə əsasən məlum olub ki, xarici dil öyrənmək üçün ən münasib yaş 10 yaşa qədər olan dövrdür.
Çünki yaş artdıqca dillə bağlı uğur əldə etmək getdikcə çətinləşir.