Azərbaycan Prezidenti, H.N.Nəcəfovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
"Kommersant.az" Azərtaca istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.