USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Mavi axın" kəməri ilə qaz nəqli müvəqqəti dayandırılacaq

11.05.2018 İqtisadiyyat
0 0
Rusiyanın "Gazprom" şirkəti "Mavi axın" qaz kəməri ilə Türkiyəyə təbii qazın nəqlini bir həftə dayandıracaq.

"Kommersant.Az"ın verdiyi xəbərə görə, 14-27 may tarixlərində "Gazprom" irimiqyaslı təmir işləri aparacaq.

Mayın 15-dən 23-ə qədər isə dəniz magistralı ilə qaz nəqli tamamilə dayandırılacaq.

Xatırladaq ki, Qara dənizin dibi ilə çəkilən və uzunluğu 1 213 km olan qaz kəməri 2003-cü ildə istismara verilib və ötən il Rusiya Türkiyəyə 15,8 mlrd. kubmetr həcmində təbii qaz nəql edib.