USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran iqtisadi mühasirəyə hazırdır

07.11.2018 İqtisadiyyat
0 0
İran hökuməti ABŞ-ı öz səviyyəsinə uyğun hesab etmir.

"Kommersant.az" xəbər verir ki, ABŞ tərəfindən bazar ertəsi İrana qarşı ən sərt sanksiyalar tətbiq olunub. Üstəlik Trump açıqlamalarında bundan sonra da şərtlərini qəbul etdirmək məqsədilə İrana qarşı kəskin sanksiyalar tətbiq edə biləcəyini bildirib. Lakin İran heç bir halda rəsmi Vaşinqtonun 12 şərtini qəbul etmək niyyətində olmadığını vurğulayır.

Bütünlükdə İran hökuməti ABŞ sanksiyalarının nəticəsiz qalacağını düşünür. Belə ki, ötən gün İran generalı Kasem Süleymani ölkə başçısı Hasan Ruhaniyə müraciət edərək "Trumpın sanksiyalarına reaksiya vermək belə doğru deyil. Onun siyasəti bizim səviyyəmizdə deyil", deyə bildirib.