Rusiyalı milyarder, "Monako" futbol klubunun sahibi Dmitri Rıbolovlev azadlığa buraxıla bilər.
"Kommersant.az" xəbər verir ki, iş adamı Monako polisi tərəfindən saxlanılıb. Binesmenin evində axtarış aparılıb. O, korrupsiya və digər cinayətlərdə şübhəli bilinir.
Dmitri Rıbolovlevın sabah azadlığa buraxılma ehtimalının olduğu bildirilir.
Qeyd edək ki, rusiyalı milyarder 2011-ci ildən etibarən "Monako" futbol klubunun sahibidir.