"Billboard" dərgisi yeni siyahı hazırlayaraq, ilin ən məşhur xanım ifaçısını seçib.
"Kommersant.az" axşam.az-a istinadən xəbər verir ki, siyahıda birinci yeri 25 yaşlı Ariana Qrande qazanıb. "İlin qadını" nominasiyası qazanan müğənni səsləndirdiyi mahnılarla bu adı qazanıb.
Dərginin rəhbəri bildirib ki, Ariana bu ada öz istedadına görə layiq görülüb. Mükafat müğənniyə dekabrın 6-da Nyu-Yorkda keçiriləcək 13-cü "Women in Music" adlı gecədə təqdim ediləcək.
Bundan əvvəl "İlin qadını" adına Madonna, Selena Qomes, Ledi Qaqa, Teylor Svift kimi məşhurlar layiq görülüb.
Qeyd edək ki, Ariananın dörd albomu işıq üzü görüb. Sonuncu "Sweetener" albomu avqustda işıq üzü görüb. Müğənni və aktrisa qadına təcavüzə qarşı mübarizə ilə bağlı layihələrdə aktiv iştirak edir.