"Kommersant.az" xəbər verir ki, ABŞ dövlət katibinin baş müşaviri Brayan Xuk jurnalistlərə açıqlamasında bildirib ki, İran hökuməti onlarla tankerin avtomatik identifikasiya sistemini söndürərək, onları gizlədir:
"Bu isə dənizdə böyük təhlükə yaradır. Sanksiyalardan sonra İran gəmilərini baş verə biləcək qəzalardan yalnız yerli şirkətlər sığortalaya biləcək. Onlar başqa ölkələrin ərazi sularında baş verə biləcək irimiqyası qəzaların qarşısını ala bilməyəcəklər".
Xatırladaq ki, ABŞ 5 noyabrdan etibarən İranın bank və nəqliyyat sektoruna yeni sanksiyalar tətbiq edib. Bu isə Türkiyə və Rusiya tərəfindən birmənalı qarşılanmayıb.