2030-cu ilin ən cazibədar ölkəsinin adı açıqlanıb.
"Kommersant.az" xəbər verir ki, "Euromonitor International" şirkəti apardığı araşdırmaya əsasən 12 ildən sonra Çinin ən çox baş şəkilən ölkə olacağı qənaətinə gəlib. Ekspertlər güman edir ki, sadələşdirilmiş viza rejimi ilə əlaqədar ölkəyə gələn turistlərin sayı xeyli artacaq. Beləliklə Çin bu baxımdan 2030-cu ildə Fransanı da geridə qoymaq şansı qazanacaq.
Analitiklər eyni zamanda Çinin daxili turizmində də artımın müşahidə ediləcəyini proqnozlaşdırır. Belə ki, 2023-cü ilə qədər ölkəyə 2018-ci ilə nisbətən 42,5% artıq turist axınının olacağı gözlənilir.