9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri bir gün işləməyəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant.az"a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edsək ki, hazırda ölkədə 15 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.