0
0
Azərbaycan Respublikası Prezidenti, Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Kommersant.az" Azərtaca istinadla Sərəncamın tam mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2018-ci il.