USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Çində şərab evi açdı

08.11.2018 İqtisadiyyat
0 0
Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb.

"Kommersant.az" xəbər verir ki, Noyabrın 7-də Şanxayda "Azərbaycan Şərab Evi" açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) yerləşən "Azərbaycan Şərab Evi"ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. "Azərbaycan Şərab Evi"ndə yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur.

"Azərbaycan Şərab Evi"nin açılışına həsr olunmuş tədbirdə qeyd olunub ki, Azərbaycan Çinlə iqtisadi əlaqələrin genişləndirilməsinə, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinə böyük önəm verir.

Sonra tədbir iştirakçıları "Azərbaycan Şərab Evi" ilə tanış olublar. Şərab evində məhsulları nümayiş olunan şirkətlərin təmsilçiləri şərab və spirtli içkilər barədə məlumat veriblər.

  • Əvvəlki

    Gürcüstandan gətirilən 26 ton kartof geri qaytarıldı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0