USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın silah satışı artıb

09.11.2018 İqtisadiyyat
0 0
ABŞ-ın silah satışı 192,3 milyard dollara çatıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilir. Müvafiq göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Rəsmi Vaşinqton üçün ən gəlirli sövdələşmə isə Səudiyyə Ərəbistanına 6,5 milyard dollarlıq gəmi satışı olub. 5,1 milyard dollar isə Küveytə satılan F/A-18 qırıcılarından əldə edilib.

Ağ evin ticarət xarakterli silah satışı isə 33%-dək artıb-55,66 milyard dollar. Lakin həmin müqavilələrin detalları açıqlanmır.