Mütəxəssislər araşdırmalar nəticəsində fikir ayrılığına son qoydu.
"Kommersant.az" xəbər verir ki, Belçikalı elm adamlarının apardıqları araşdırmalar göstərib ki, yüksək gəliri olan şəxslər ortalama gəliri olan şəxslərlə müqayisədə xoşbəxt olmurlar.
Belə ki, 4 il davam edən araşdırmalar göstərib ki, çox pul özü ilə stress və yalnızlığı gətirir. Bu cür insanlar daim daha çox qazanmaq niyyətində olduğundan doyumsuzluq hissi onları rahat buraxmır.
Amma aylıq gəliri ortalamanın altında olan şəxslər haqda da "xoşbəxtdirlər" demək doğru deyil. Çünki bu kimi insanlar da "necə pul qazana bilərəm?", deyə özlərini daim yorurlar. Bu müddətdə də həyat su kimi axıb gedir.