USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlkin əlillik tempi azaldı

09.11.2018 İqtisadiyyat
0 0
Bu il əlillik təyin olunanların sayında azalma qeydə alınıb.

"Kommersant.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb.

Qeyd edək ki, cari ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə işlər aparılmaqla, risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır və əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunur.

  • Əvvəlki

    "Windows 10" üçün yeni - SƏS KÖMƏKÇİSİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0