Muğlada fermaya köçən aktrisa Özgü Namal eşşək pendiri biznesinə başlayır.
"Kommersant.az" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Balkan eşşəklərini satın alaraq fermasına gətirib. Eşşək südündən hazırlanan və dünyanın ən bahalı pendiri sayılan "pule"nin Türkiyədə istehsalı üçün Özgü ilə həyat yoldaşı artıq hərəkətə keçib.
Pendirin bahalılığının səbəbi isə eşşək südünün nadir tapılan ağartı məhsulu olmasıdır. "Pule"nin kiloqramı 1000 dollardır. 100 eşşəyin südündən 1 kiloqram pendir alınır.